Ü.Hacıbəylinin 140 illik yubileyi ADMİU-da qeyd ediləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli 140” XVII Beynəlxalq Musiqi Festivalının 22.09.2025-ci il tarixinə planlaşdırılmış silsilə tədbirləri ADMİU tərəfindən hazırlanacaq.
Festival çərçivəsində Ü.Hacıbəyli yaradıcılığına həsr olunmuş konsert, dəfilə, sərgi və tamaşadan ibarət proqram 22.09.2025-ci il saat 14:00-da ADMİU-da keçiriləcək.