
Televiziya və Kino Tədris Studiyasının Müdiri
1994-cü il fevralın 5-də Bakı şəhərində anadan olub. 2011-ci ildə 32 saylı Məzahir Rüstəmov adına orta məktəbi bitirib.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsində “Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisası üzrə ali təhsil alıb.
2016-cı illərdə Aprel döyüşlərində iştirak edib.
2016-2018-ci illərdə ADMİU-nun Kino və Televiziya fakültəsində “Ədəbi iş” ixtisası üzrə magistr təhsili alıb.
2017-ci ildən etibarən ADMİU-da fəaliyyət göstərir. Öz sahəsi üzrə bir çox tədbir konfranslarda iştirak edib sertifikatlar alıb. 2020-ci ildə Vətən müharibəsində iştirak edib.
2024-cü ildən ADMİU-da “Televiziya və Kino tədris studiyasının” müdiri vəzifəsində çalışır.