ADMİU-da doktorantura ixtisas imtahanlarının vaxtı
2025-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq doktorantura ixtisas imtahanlarının vaxtı açıqlanıb.
23 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni imtahanı keçiriləcək.
İmtahan ADMİU-nun Elmi Şura zalında (Əsas korpus, II mərtəbə) baş tutacaq və saat 11:00-da başlayacaq.
Fəlsəfə doktoru proqramı üzrə ixtisas imtahanlarının verilməsi üçün müraciət edənlərin siyahısı:
Say | Soyadı, adı, atasının adı | İxtisas |
1. | Heydərli Şəhla Kərim qızı | 6212.01 – Teatr sənəti |
2. | Əliyev Hikmət Nəcəf oğlu | 6215.01 – Təsviri sənət |
3. | Heydərova Ayləl Arif qızı | 6203.01 – İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi |