Bakı Beynəlxalq Kitab Sərgisi 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində yenidən görüşünüzə gəlir
Dəyərli oxucular,
ADMİU-nun Kitabxana-informasiya mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq!
Mərkəzimiz mədəniyyət, incəsənət və bilik dəyərlərini birləşdirərək respublikanın ən böyük kitab tədbirində iştirakdan qürur duyacaq.
“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünya şöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.