ADMİU-nun tələbələri Bakı İqlim Həftəsi çərçivəsində tədbirdə iştirak ediblər
Oktyabrın 2-də Bakı İqlim Həftəsi çərçivəsində “Dayanıqlı Expo: Planet üçün Sənət və İnnovasiya” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri də öz əl işləri ilə iştirak ediblər.