ADMİU-nun müəllimləri beynəlxalq ekspertin təlimində iştirak ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” nın 5.1.4 və 5.1.13-cü bəndlərinə əsasən, uşaqların zərərli informasiyadan qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə, ayrı-ayrı sahələrdə çalışan mütəxəssislər üçün beynəlxalq ekspert Sophie Kiladzenin iştirakı ilə təlim keçirilib.
Təlimlərdə uşaqların zərərli informasiyadan qorunması sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik bazası, bu sahədə beynəlxalq təcrübədə tətbiq olunan normativ-hüquqi sənədlər, informasiya məhsullarının yaş kateqoriyaları və təsnifatı, həmçinin müəllim və valideynlərlə işin təşkili kimi mövzular üzrə təqdimatlar keçirilib. İki gün davam edən təlim proqramında ümumilikdə 120 nəfər iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-mədəni fəaliyyət kafedrasının müəllimləri Lalə Məcidova, Günel İbrahimova və Ülkər Rzayeva da təlimdə iştirak edərək sertifikatla təltif olunublar.