ADMİU-da “Bilik Kuboku–2025” start götürüb

Xəzər İntellektual Gənclər Birliyinin universitetlərarası ilk nümayəndəliyinin təşəbbüsü, ADMİU tələbələrinin rəhbərliyi, eləcə də İntizar Şahbazi Qasımzadə, Solmaz Qocayeva, Ramal Babayev və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Bilik Kuboku–2025” “Nə? Harada? Nə zaman?” yarışının ilk mərhələsi keçirilib.
Yarışda ADMİU-nu təmsil edən 6 komanda — Apokalipsis, Anonim, Aysberq, Orion, Middlelap və Avengers — bilik mübarizəsində iştirak ediblər.
Apokalipsis komandası yüksək nəticə göstərərək fərqlənib.
Qeyd edək ki, iki mərhələnin yekununda ümumi xalı ən yüksək olan komanda Respublika çempionatının finalında iştirak hüququ qazanacaq.