Admiu-nun magistr tələbələri rəssam Arif Əzizin emalatxanasında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin I kurs magistr tələbələri Xüsusi rəsm və Xüsusi rəngkarlıq dərslərini Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının rəhbəri, Əməkdar incəsənət xadimi, professor Arif Əzizin şəxsi emalatxanasında keçirlər. Xüsusi yaradıcı abı-havada, maraqlı keçən dərslərdə tələbələr fənnin texniki üsullarına yiyələnərək natürmort və gips fiquru fantaziya, estetik və bədii vasitənin köməyi ilə biri-birindən fərqli əsərlər yaratmağa çalışırlar.