ADMİU-nun tələbələri Film Festivalında qalib olublar

2023-cü ildə yaradılmış CINEMO, tamamilə mobil telefonlarla çəkilmiş filmlərə həsr olunmuş unikal bir festivaldır. Festival qəbul olunmuş bütün işlərin canlı nümayişi ilə yekunlaşır. “CINEMO” adı isə “Cinema” (kino) və “Mobile” (mobil) sözlərinin yaradıcılıqla birləşməsidir və bu, ən son smartfon texnologiyası ilə kino yaradıcılığının innovativ ruhunu simvolizə edir.
“Fikir çəkmə, telefona çək” sloqanlı III CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.
2024-cü ildə festival dünyanın 18 ölkəsindən film müraciətləri qəbul edib. Maraqlıdır ki, cəmi bir il ərzində bu rəqəm iki dəfə artaraq 2025-ci ildə 33 ölkəyə çatıb. Bu, CINEMO-nun sürətlə genişlənən beynəlxalq əhatəsini və mobil film istehsalçıları icmasının böyüməsini göstərir.
Bundan əlavə, 2025-ci ildə “CINEMO Film Festival” ifadəsi ilə Google Axtarışında 5,200,000 nəticə əldə olunub ki, bu da festivalın artan nüfuzunu və qlobal səviyyədə tanınmasını nümayiş etdirir.
CINEMO mobil cihazların gücündən istifadə edərək təsirli kino hekayələri yaradan istedadlı rejissorları, mobiloqrafları və operatorları tanıtmağa və onların yaradıcılığını qeyd etməyə sadiqdir.
Budəfəki festivalın qalibləri sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri də var. Belə ki, ADMİU-nun Audiovizual sənətlər fakültəsi, Rejissorluq ixtisası Kino rejissoru ixtisaslaşması II təhsil ili tələbələri Səbuhi Abbasov və Zülfiyyə Yalçın festivalda fərqli kateqoriyalarda qalib olublar. Səbuhi Abbasov “Best Music Clip” kateqoriyası üzrə, Zülfiyyə İslamova “Best Mobile Photo kateqoriyası üzrə fərqləniblər.
Qeyd edək ki, hər iki gənc Xalq artisti, professor Oqtay Mir-Qasımovun tələbələridir.