Zəfər gününə həsr olunmuş növbəti tədbir…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə 050209-Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələrin “8 NOYABR-ZƏFƏR GÜNÜ”nə həsr olunmuş “Vətən bağı al-əlvandır” adlı vətənpərvərlik tədbiri keçirilib.

Tədbir Azərbayanın müstəqilliyi və suverenliyi uğrunda canndan keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Məhişov açaraq xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi günün-Zəfər Gününün əhəmiyyətindən bəhs eedib və bildirib ki, bu qələbə yalnız torpaqların azad edilməsi deyil, eyni zamanda dövlətimizin, Azərbaycan Respulikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji liderliyinin, xalqın birliyinin və ordunun peşəkarlığının nəticəsidir.

Tələbələr Qarabağ müharibəsinə və Milli Qəhrəmanlara həsr olunmuş məruzələrlə çıxış ediblər. III təhsil ili tələbələri-Nurulu Vüsal, Süleymanlı Gülçin və Süleymanova Rima “Qarabağ müharibəsi-xronologiya”,  IV təhsil ili tələbəsi Əliyeva Samirə “ADMİU-nun şəhid və qaziləri”,  IV təhsil ili tələbəsi Mahmudova İzel “Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova”, II təhsil ili tələbəsi Əliyeva Ərkinaz “Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımov”,  IV təhsil ili tələbəsi Quliyeva Sunar “Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyev”, IV təhsil ili tələbəsi Musayeva Zinyət “Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırov”, IV təhsil ili tələbəsi Rzayeva Radilə “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev”, IV təhsil ili tələbəsi Mustafayeva Gülnar “Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərova”, IV təhsil ili tələbəsi Sayıllı Rəqsanə “Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov”, II təhsil ili tələbəsi Qədirova Türknaz “Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimov”, II təhsil ili tələbəsi Mirzəyeva Nərmin “Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyev” və II təhsil ili tələbəsi Eyvazova Jalənin “Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidov” adlı təqdimatları, eləcə də IV təhsil ili tələbəsi Sayıllı Rəqsanə, II təhsil ili tələbəsi Əhmədova Mehriban, I təhsil ili tələbələri-Rzayeva Lalə və Vəliyev Şəhriyarın vətənpərvərlik mövzusunda təqdim etdikləri mahnı və şeirlər tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

        Tədbirin sonunda dekan Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sevinc Əskərova, Sosial-siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Əfşan Şəfiyeva,Muzeyşünaslıq və turizm kafedrasının professoru, kulturologiya elmləri doktoru İlqar Hüseynov, Kulturologiya fakültəsinin dekan müavini Zaur Sultanov, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimləri-Kəmalə Məmmədova, Aysel Həsənova və başqaları çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətini bir daha vurğulayıb, fakültədə təşkil edilən bu kimi maarifləndirici tədbirlərin tələbələrin vətənpərvər ruhda tərbiyəsi olunmasında və gənclərimizə vətənə, xalqa məhəbbət hisslərinin aşılanmasında mühüm rol oynadığını qeyd ediblər.  

  Tədbir ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrinin vətənpərvərlik mövzulu mahnıları ilə başa çatıb.