Admiu-nun professor-müəllim və tələbə heyətinin konserti

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq kafedrasının professor-müəllim, tələbələrinin iştirakı ilə konsert keçirilib.
     Konsertdə Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə İnstrumental ifaçılıq kafedrasının müəllimi Leyla Əliyevanın, II kurs tələbəsi Zülfiyyə Muxtarova və I kurs magistr tələbəsi Günel Quliyevanın, III kurs tələbələri Lalə Əhmədova və İlahə Salmanzadənin ifasında İ.S.Baxın müxtəlif əsərləri səslənib.