ADMİU-da “Uşaq hüquqları: Psixoloji perspektivdən” mövzusunda təlim keçirilib

13 noyabr tarixində Uşaq hüquqları aylığı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu, Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi psixoloq Aynur Rəhimova tərəfindən “Uşaq hüquqları: Psixoloji perspektivdən” mövzusunda tələbələr üçün maarifləndirici təlim təşkil olunub.

Təlimdə uşaq hüquqlarına diqqətin psixoloji, peşəkar və humanistik əhəmiyyəti müzakirə edilib, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının əsas prinsipləri və bu hüquqların uşaqların emosional və sosial inkişafına təsiri barədə məlumat verilib.

İnteraktiv şəkildə keçirilən təlim zamanı tələbələrin özünürefleksiya bacarıqlarının inkişafına şərait yaradılıb, həmçinin rollu oyunlar və psixoloji texnikalardan istifadə olunub.