SABAH-da tamaşa günləri
Şanlı Zəfərimizin 5 illiyi münasibətilə ADMİU SABAH qruplarında keçirilən tamaşa həftəsi çərçivəsində “90 60 90. Niyə biz?” tamaşası uğurla təqdim olunub.
Tamaşa izləyicilər tərəfindən böyük maraq və səmimi alqışlarla qarşılanıb. Gənclərin səhnədə yaratdığı enerji, duyğu və səmimiyyət tamaşanın əsas gücünə çevrilib
Tamaşanın quruluşçu rejissoru və kurs rəhbəri, Əməkdar artist Yaqut Paşazadə, gənc aktyorlar isə SABAH qrupları Aktyor sənəti ixtisası III təhsil ili tələbələridir.
Qeyd edək ki, tamaşa Həftəsi çərçivəsində SABAH qruplarında növbəti tamaşalar 20 və 25 noyabr tarixlərində keçiriləcək.
Hər kəsi göstəriləcək tamaşaları izləməyə və tələbələrimizin yaradıcılıq fəaliyyətinə dəstək olmağa dəvət edirik.
























