ADMİU-nun rəssamlarına sertifikatlar təqdim olunub

19.11.2025-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” sərgisinin iştirakçılarına sertifikatlar təqdim olundu.

Tədbirdə muzeyin direktoru Əminə Məlikova, layihənin kuratoru dosent Səbuhi Əhmədov, ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və muzeyin direktor müavini Mira Məmmədxanova çıxış edərək sərginin məqsədi və əhəmiyyəti haqqında danışıblar, layihəyə töhfə verən rəssamlara və silah kolleksionerlərinə təşəkkürlərini bildiriblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, Əməkdar rəssam Vüqar Əliyev, baş müəllim Azər Abdullayev, müəllim Fidan Cəfərli, Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarov, həmçinin Rəssamlıq fakültəsinin bəzi tələbə və məzunları sertifikatlara layiq görülmüşdür.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr olunan sərgi və 30 oktyabr – 16 noyabr tarixlərində ziyarətçilərə təqdim edilib.