Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin ixtisas kafedralarına 2025/2026-cı tədris ili üzrə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan edilir
Fənlərin siyahısı:
- Kino-foto və televiziya, işıq texnikası 1;
- Kino-foto və televiziya, işıq texnikası 2;
- Kino-tele aparatları və optik sistemlər 1;
- Kino-tele aparatları və optik sistemlər 2;
- Eksponometriya;
- Vizual informasiya daşıyıcıları və işığa həssas materiallar 1;
- Vizual informasiya daşıyıcıları və işığa həssas materiallar 2;
- Quraşdırılmış səhnə çəkilişləri və xüsusi effektlər 3;
- Fotokompozisiya;
- Fotokompozisiya 1;
- Fotokompozisiya 2;
- Fotokompozisiya 3;
- Fotokompozisiya 4;
- Təcrübi eksponometriya;
- Filmin istehsalı;
- Ekran sənətində prodüserlik sistemi;
- Kinorejissoruluğun əsasları;
- İstehsalat təlimi;
- Filmin struktur və konseptual əsasları 1;
- Rəngşünaslıq;
- Rejissor sənəti (kino istehsalının dramaturji strukturu, texnoloji inteqrasiya prosesləri və performativ rejussura modelləri);
- Əməli təhlil metodikası;
- Kinorejissorluğu;
- Kino və televiziya sənayesinin standartları və hüquqi normativləri;
- Müasir televiziya yayımı;
- Televiziya dilində poetika və vizual struktur.
Tələblər:
- Tədris olunan fənlərə uyğun baza təhsili;
- Ən azı 3 il elmi-pedaqoji təcrübə (elmi dərəcə və elmi adı olanlara üstünlük veriləcək);
- Ms Office proqramları üzrə biliklər;
- İnnovativ tədris metodlarından istifadə;
- Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resusrları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2025-ci il saat 18:00
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

