Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin ixtisas kafedralarına 2025/2026-cı tədris ili üzrə tam stat vahidinə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan edilir
Fənlərin siyahısı:
- Rəsm 1;
- Rəsm 2;
- Rəsm 3;
- Rəsm 4;
- Kompozisiya 1;
- Kompozisiya 2;
- Rəngkarlıq 1;
- Rəngkarlıq 2;
- Dekorativ kompozisiya;
- Təsviri sənətin tarixi 1;
- Təsviri sənətin tarixi 2;
- Memarlığa giriş;
- Dünya incəsənət tarixi (VII-VIII əsr Qərbi Avropa İncəsənəti);
- Dünya incəsənət tarixi (XI-XVIII əsr Rus incəsənəti).
Tələblər:
- Tədris olunan fənlərə uyğun baza təhsili;
- Ən azı 3 il elmi-pedaqoji təcrübə (elmi dərəcə və elmi adı olanlara üstünlük veriləcək);
- Ms Office proqramları üzrə biliklər;
- İnnovativ tədris metodlarından istifadə;
- Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resusrları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2025-ci il saat 18:00
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

