Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris şöbəsinin Tədrisin təşkili bölməsi aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Təhsil sahəsi üzrə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə dil biliyi arzuolunandır);
- Ms Office proqramlarında işləmək bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Ünsiyyətcillik, komandada işləmək bacarığı, analitik düşünmə qabiliyyəti;
- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək;
- Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 03.10.2025-ci il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

