Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi kitabxanaçı vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Kitabxana informasiya sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə və ya təhsil sahəsi üzrə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dilində sərbəst ünsiyyət qurmaq bacarığı;
- Ms Office proqramlarında işləmək bacarığı;
- Ünsiyyətcillik, komandada işləmək bacarığı, analitik düşünmə qabiliyyəti;
- Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanununu Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 16.10.2025-ci il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

