Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrası tədris ustası vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Ali  və ya orta ixtisas təhsili (magistr dərəcəsi üstünlükdür);
  • Müvafiq ixtisas üzrə və ya təhsil sahəsi üzrə iş təcrübəsi arzuolunandır;
  • Xarici dil bilikləri olanlara üstünlük veriləcəkdir;
  • Ms Office proqramları üzrə biliklər;
  • Ünsiyyətcillik, komandada işləmək bacarığı;
  • Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək. 

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

 Müraciət üçün son tarix: 15.10.2025-ci il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)