ADMİU-nun müəllimi beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Noyabrın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU), noyabrın 21-də isə AMEA-da “Müasir İpək Yolu üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Türk dövlətləri arasında sosial-mədəni inteqrasiya proseslərinin gücləndirilməsi, rəqəmsal transformasiya, elmi-humanitar əməkdaşlığın genişləndirilməsi və qarşıdakı strateji hədəflər müzakirə olunub. Konfrans iştirakçıları müasir İpək Yolunun regional əməkdaşlıq üçün yaratdığı imkanları xüsusi vurğulayıblar.
Plenar iclaslarda müxtəlif aktual istiqamətlər üzrə məruzələr təqdim edilib.
Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Günel İbrahimova “Türk mədəniyyətinin rəqəmsal mühitdə təbliği üçün ortaq platformaların yaradılması” mövzusunda məruzə ilə çıxış edərək, rəqəmsal inteqrasiyanın Türk dünyasının mədəni birliyinə verə biləcəyi töhfələri diqqətə çatdırıb.
Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan nümayəndələr iştirak edib. Bu iştirak, ölkələr arasında elmi və mədəni əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradıb.






