“Bəxtiyaram mən”
Dekabrın 24-ü saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Bəxtiyaram mən” adlı konsert keçiriləcək.
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş konsertin bədii rəhbəri Xalq artisti, ADMİU-nun dosenti Teyyub Aslanovdur. Konsertdə ADMİU-nun tələbələrindən ibarət xalq çalğı alətləri ansamblı iştirak edəcək. Musiqi rəhbəri Əməkdar artist Əliağa Sədiyev, solistlər ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələri, qiraətçi Xəzər Süleymanlıdır.


