ADMİU Gələcəyin Peşələri Sammitində təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ikinci “Gələcəyin Peşələri Sammiti: Bakı-2025” keçirilib.
“Gələcəyə Tərəf” şüarı ilə keçirilən sammitdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri Gülnarə Məmmədova təmsil edib. “Peşələrin gələcəyi bizdən nə tələb edir?”, “Gələcəyin bacarıqları” və “Gələcəyin iş mühiti” adlı üç panel müzakirəsi təşkil olunub. Panellərdə yeni nəsil peşələr, gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil texniki və yumşaq bacarıqlar, peşəkar inkişafda fərdi dəstək mexanizmləri, iş dünyasında rəqəmsal kooperasiya strategiyaları və digər əlaqəli mövzular müzakirə edilib. Sammitdə tədbirin aparılması ADMİU Məzunlar Assosiasiyasının sədri Abbasağa Əlizadəyə həvalə edilib.
ADMİU-nun Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi tərəfindən Sammitdə irəli sürülmüş məsələlərə dair fakültələrlə müzakirə aparılacaq.