“Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert keçirilib
Dekabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrası tərəfindən “Rəsm sehrinin altında: barokkodan bu günə…” adlı konsert proqramı təqdim olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin İtalyan zalında baş tutan tədbir çərçivəsində XVII-XXI əsr bəstəkarlarının əsərləri səsləndirilib. Müəllim və tələbələrin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert musiqi sənətinin müxtəlif dövrlərinə nəzər salaraq zəngin proqram ilə yadda qalıb.



















