“Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib

Dekabrın 5-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçirilib.
Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü. Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır.
Konsert-tamaşada solistlər Fidan Süleymanzadə, Toğrul Abıyev, Fərid Əzizli, Sadiq Qasımov, Şəhla Tarverdiyeva, Vüsal Qasımov, Səbinə Abbasova, Cəfər Allahverdiyev və Maqsud Rəhimlinin ifasında “Leyli və Məcnun” operasından səhnələr nümayiş olunub.
İfaçıları tarda Səxavət Məmmədov, kamançada Anar Yusub, fortepianoda Heyran Qədirli müşayiət edib.