ADMİU-nun kollektivi anım günündə Ulu Öndərin məzarını ziyarət edib
Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur.
Anım günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ümummilli Lider Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, ADMİU-nun rektoru professor Ceyran Mahmudova akademikin məzarı üzərinə gül dəstələri düzüb.

