“Barokko: tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Musiqi tarixi və nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsi çərçivəsində “Barokko: tarixi və əhəmiyyəti” mövzusunda Elmi-praktiki seminar keçirilib.
Tələbələr Fidan Əkbərova, Məhəmməd Hacıyev, Səyyarə Ağayeva, Aydan Muradova, Fatimə Məmmədzadə barroko dövrü incəsənəti haqqında məruzələrlə çıxış ediblər.
İnstrumental ifaçılıq kafedrasının konsertmeysteri Rəhilə Nəzərova (müşayiət: İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyeva), müəllimlər Aydan Vəzirova, tələbələr Akifə Rəhimova, Əsmayə Həsənova, Həmayə Baxışova, Mehman Mirzəyev, Əzizə Məhərrəmova barokko dövrünün musiqi nömrələrini ifa ediblər.

