“Milli vizual kodun müasir incəsənətdə və dizaynda istifadə imkanları” mövzusunda mühazirə keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Heydər Əliyev Məktəbində tələbələr üçün “Milli vizual kodun müasir incəsənətdə və dizaynda istifadə imkanları” mövzusunda mühazirə keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dizayner Elçin Əliyev (Şamilli) tərəfindən aparılan mühazirə qlobal formatlı bədii proseslər situasiyasında milli təfəkkür düşüncə sistemi üçün nəzəri əsas yaradır. Nəticədə müasir incəsənətdə və dizaynda forma üslubu nümunəsindən istifadə edərək milli kodun tətbiqi üçün açarları təqdim edir.
Qeyd edək ki, E.Əliyev “Art strategiya” monoqrafiyasının müəllifi, Azərbaycan Memarlar və Azərbaycan Rəssamlar İttifaqlarının, UNESCO-da Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.
O, Azərbaycan, Almaniya, Macarıstan, Fransa, Böyük Britaniya, Rusiya və sair kimi ölkələrdə rəssamlıq, qrafika, heykəltəraşlıq fərdi və qrup sərgilərində iştirak edib.

