ADMİU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, universitetin Elmi Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla anılıb, məzarları önünə qərənfillər düzülüb.