ADMİU TGT-nin yeni təltifləri
Yanvarın 30-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) rəhbərliyi tərəfindən Tələbə Gənclər Təşkilatlarının (TGT) nümayəndələrinin 2025-ci il hesabatı üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Fidan Mikayılzadə “İlin TGT sədri”, Təşkilatın Ümumi işlər üzrə katibi Əfsun Məmmədli isə “İlin TGT nümayəndəsi” nominasiyaları üzrə təltif olunublar.
Bildirilib ki, qazanılan bu uğur Tələbə Gənclər Təşkilatı olaraq, komandanın, aktiv heyətin birgə fəaliyyəti və dəyərinin təzahürüdür.

