ADMİU-da Payız imtahan sessiyası: məmnuniyyət sorğusu
6-16 fevral tarixlərində ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən 2025/2026-cı tədris ilinin payız semestrində imtahan sessiyasında iştirak etmiş tələbələr arasında “Payız imtahan sessiyası: məmnuniyyət sorğusu”nun keçirilməsi nəzərdə tutulub. Keyfiyyət təminatı və strateji planlama departamenti hər il ənənəvi olaraq ADMİU-da imtahan sessiyasının təşkili və qiymətləndirilmə prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tələbələr arasında məmnuniyyət sorğusu həyata keçirir.
ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz bizim üçün önəmlidir.
Qeyd: Sorğu tam anonim şəkildə aparılır və nəticələr yalnız imtahan sessiyalarının keyfiyyətinin yüksəldilməsi, həmçini daha ədalətli keçirilməsi məqsədilə istifadə olunacaq.
Sorğuda iştirak etmək üçün afişada olan QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə birbaşa daxil ola bilərsiniz:
https://forms.office.com/r/3rA5dJrVYB
Sorğunun keçirilmə müddəti: 6-16 fevral

