Dizayner tələbələrin buraxılış müdafiəsi keçirilib
ADMİU-nun Rəssamlıq fakültəsində magistratura səviyyəsi üzrə İnteryer dizaynı və Geyim dizaynı ixtisasları tələbələrinin buraxılış müdafiəsi keçirilib. Müdafiə prosesində magistrantlar tərəfindən hazırlanmış yaradıcılıq layihələri və tədqiqat işləri təqdim olunaraq, onların peşəkar bilik və bacarıqları nümayiş etdirilib.
Qeyd edək ki, Geyim dizaynı ixtisası üzrə magistrantların elmi rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nəzakət Səfərovadır.
Təqdim olunan işlər müasir dizayn yanaşmaları, estetik baxış və praktiki həllərlə seçilərək, iştirakçılar və komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilib.

