“PİLLƏ 4” RESPUBLİKA TƏLƏBƏ TAMAŞALARI FESTİVALI

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. 4-8 may 2026-cı il tarixinəd baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadları aşkarlamaq, teatr mədəniyyətini təbliğ etmək və ali təhsil müəssisələri arasında yaradıcılıq mühiti formalaşdırmaq məqsədi daşıyır.

Festival “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən olunan mədəni və yaradıcı sənayenin inkişafı, gənc istedadların dəstəklənməsi və müasir mədəni mühitin formalaşdırılması, mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, milli teatr mühitinin davamlı inkişafı kimi strateji hədəflərə xidmət edir.

MÜKAFATLANDIRMA:

Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında aşağıdakı nominasiyalar üzrə müəyyənləşdiriləcək:

“Ən yaxşı tamaşa”

“Ən yaxşı kişi rolu”

“Ən yaxşı qadın rolu”

“Ən yaxşı ikinci plan kişi rolu”

“Ən yaxşı ikinci plan qadın rolu”

“Ən yaxşı tələbə-rejissor işi”

“Gənc ekspertlərin mükafatı”

Qaliblərə diplom və mükafatlar təqdim olunacaq.

Qeyd: Digər ali təhsil müəssisələrinin təqdim etdiyi tamaşalar ADMİU tələbələrinin tamaşalarından fərqli kateqoriyada yarışacaq.

Müsabiqəyə qəbul şərtləri:

1. Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər.

2. Müsabiqəyə təqdim edilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur.

3. Müsaqiqəyə təqdim edilən tamaşaların xronometrajı 30-90 dəqiqə aralığında olmalıdır.

4. İştirakçılar müraciət formasını (forma əlavə olunur)tamaşaların posterini təşkilat komitəsinə təqdim etməlidirlər.

5. Müsabiqəyə təqdim edilən materiallar 15 aprel 2026-cı il tarixindən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Son tarixdən gec göndərilən və ya tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq.

6. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

Təqdim edilməli materialların və sənədlərin siyahısı:

  • Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videosu (ümumi plan);
  • Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində treyleri;
  • Tamaşanın posteri;
  • Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 mb-dən böyük və jpeg formatında olmalıdır);
  • Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
  • Ali təhsil müəssisəsinin rəhbərliyinin razılıq məktubu (digər universitetlərin tələbələri üçün).

Əlaqə:

E-mail: festival@admiu.edu.az

Tel.  

  • +994558189908 Könül Dəmirova
  • +994554035179 Cavid Zeynalov