ADMİU-nun kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələr “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarət zamanı soyqırımı qurbanlarının əziz xatirələri dərin ehtiramla anılıb, abidənin önünə qərənfillər düzülüb.