Heydər Əliyev Mərkəzində Azərbaycan miniatürü ilə bağlı mühazirə keçirilib

Martın 2-də Heydər Əliyev Mərkəzində “Azərbaycan miniatürünün təşəkkülü və inkişaf tarixi” mövzusunda təlim-mühazirə təşkil olunub.

Mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov təqdim edib.

Tədbirdə Azərbaycan miniatürünün təşəkkülü və formalaşma mərhələləri, Təbriz məktəbinin aparıcı rolu, Səfəvilər dövründə klassik zirvəyə yüksəlməsi və sonrakı inkişaf istiqamətləri elmi əsaslarla şərh olunub. Həmçinin Azərbaycan miniatürlərində kompozisiya quruluşu, üslub xüsusiyyətləri və bədii-texniki problemləri barədə sistemli məlumat verilib.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.