ADMİU Elmi Şurasının növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Səhnə danışığı kafedrasının baş müəllimi Əlizaman Mirzəyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, cansağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.
Elmi Şuranın bu dəfəki iclasında ADMİU-da “Musiqi terapiyası” təlim kursunun təşkili, “Mədəniyyət dünyası” jurnalının redaksiya heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.
Eyni zamanda Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Sədaqət Əliyevanın WUF 13 ilə bağlı “Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu” mövzusunda panel müzakirə haqqında məruzəsi də dinlənilib.

