ADMİU-nun tələbəsi Beynəlxalq İncəsənət Müsabiqəsində qalib olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri ifaçılığı kafedrasının kamança ixtisası üzrə tələbəsi Mahir Quliyev Yaponiya və Polşa arasında keçirilən onlayn XXII Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edib.
Uğurla çıxış edən M. Quliyev müsabiqənin 1-ci dərəcəli diplomuna layiq görülüb.
Onun müəllimi, Xalq çalğı alətləri ifaçılığı kafedrasının dosenti, Əməkdar artist Fəridə Məlikova isə müsabiqə təşkilatçıları tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

