“Body shaming-ə yox de!” adlı maarifləndirici tədbir keçirilib

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) SABAH qruplarının təşəbbüsü və təşkilatçılığı ilə “Body shaming-ə yox de!” adlı maarifləndirici seminar keçirilib.
SABAH qruplarının III təhsil ili – Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasının tələbələrinin iştirakı ilə keçirilən seminarın moderatoru ADMİU-nun Yaradıcı tədbirlərin təşkili şöbəsinin müdiri Aysel Məmmədzadə olub.
Tədbirdə çıxış edənlər- Aysel İbrahimli, Aytac Mustafayeva, Xavər Verdiyeva və Fidan Sadıqova bədən görünüşünə görə insanların alçaldılması və ya tənqid olunması kimi halların cəmiyyətə təsiri, bu mövzuda maarifləndirmənin əhəmiyyəti və gənclərin yanaşması barədə fikirlərini bölüşüblər.
Tədbirin məqsədi bədən görünüşünə görə ayrı-seçkiliyə qarşı mübarizə aparmaq və bu mövzuda ictimai maarifləndirməni artırmaqdır.