Beynəlxalq əməkdaşlıq şöbəsi universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə 2025-ci ildə Beynəlxalq prorektorluğun tərkibində yaradılmışdır.

Şöbə universitetin qlobal akademik mühitə inteqrasiyasını təmin etmək və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətləri koordinasiya etmək funksiyasını həyata keçirir.

Şöbənin fəaliyyət istiqamətlərinə xarici ali təhsil müəssisələri beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, mövcud əməkdaşlıqların inkişaf etdirilməsi, ikitərəfli çoxtərəfli müqavilələrin hazırlanması, razılaşdırılması icrasına nəzarətin həyata keçirilməsi daxildir. Bu çərçivədə müxtəlif sahələr üzrə akademik institusional tərəfdaşlıqların genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.

Beynəlxalq əməkdaşlıq şöbəsi mübadilə, ixtisasartırma, elmi təcrübə ikili diplom proqramları çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak edir, bu istiqamətlər üzrə əlaqələndirməni təmin edir müvafiq təşkilati işləri həyata keçirir. Sözügedən fəaliyyətlər çərçivəsində universitetin professor-müəllim heyəti, inzibati əməkdaşları tələbələri üçün xarici ali təhsil müəssisələrində bilik bacarıqların artırılması imkanları dəstəklənir.

Eyni zamanda, şöbə xarici tələbə müəllimlərin həmin proqramlar çərçivəsində universitetdə iştirakını təmin edir. Xarici iştirakçıların akademik elmi mühitə inteqrasiyası, onların tədris tədqiqat proseslərinə cəlb olunması, eləcə universitetdə fəaliyyətləri üçün zəruri təşkilati dəstəyin göstərilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə görülən işlər universitetin beynəlxalq akademik mühitinin zənginləşdirilməsinə xidmət edir.

Şöbə xarici nümayəndə heyətlərinin qəbulunun təşkili, rəsmi görüşlərin danışıqların koordinasiyası, həmçinin universitetdə keçirilən beynəlxalq konfrans, forum, seminar digər tədbirlərin hazırlanması prosesində fəal rol oynayır. Bu fəaliyyətlər universitetin beynəlxalq platformalarda tanıdılmasına yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.

Bununla yanaşı, professor-müəllim heyətinin, əməkdaşların tələbələrin xarici ezamiyyətləri ilə bağlı bütün zəruri təşkilati sənədləşmə işləri şöbə tərəfindən həyata keçirilir. Ezamiyyət prosesinin planlaşdırılması, müvafiq sənədlərin hazırlanması, tərəfdaş qurumlarla əlaqələrin qurulması səfərlərin səmərəli təşkili bu fəaliyyətin əsas tərkib hissəsini təşkil edir.

Şöbə həmçinin tədrisin keyfiyyətinin artırılması beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi məqsədilə universitetə dəvət olunan əcnəbi mütəxəssislərlə bağlı müvafiq əlaqələrin qurulmasını təmin edir, potensial namizədlərin müəyyənləşdirilməsi müvafiq fakültələrə təqdim olunmasını həyata keçirir. Bununla yanaşı, bu proses üzrə koordinasiya işlərini aparır mütəxəssislərin səfərlərinin təşkili ilə bağlı zəruri tədbirləri həyata keçirir. Bu istiqamətdə görülən işlər qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi tətbiqi üçün şərait yaradır.

Beynəlxalq əməkdaşlıq şöbəsinin çoxşaxəli fəaliyyəti universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə, akademik mühitin zənginləşdirilməsinə və qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.