ADMİU-nun müəllimlərinin əsərləri Beynəlxalq sərgidə fərqlənib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının müdiri, dosent, Əməkdar rəssam Rəşad Cabarovun “Musiqili şəhər” adlı rəsmi Rusiyanın Sankt-Peterburq şəhəri Ştinqlitz Akademiyasında keçirilən “Dünyada Sərhədsiz İncəsənət” adlı Beynəlxalq sərgidə Fiqurlu kompozisiya nominasiyası üzrə II yerə layiq görülüb.
Sözügedən sərgidə Təsviri sənət kafedrasının baş müəllimi Samir Qafarovun “Qız qalası əfsanəsi” adlı əsəri isə Abstraksiya nominasiyası üzrə III yerlə təltif olunub.