Xalq rəssamı Hüseyn Əliyev -115
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzində xalq rəssam Hüseyn Əliyevin 115 illik yubileyi münasibəti ilə rəssamın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil olunub.
Sərgidə sənətkarın əsərləri, onun haqqında nəşrlər, eləcə də Azərbaycan təsviri sənətinə verdiyi töhfələri əhatə edən materiallar nümayiş etdirilir.
- Əliyev, Hüseyn. Lirik mənzərələr [İzomaterial] /H. Əliyev ; mətnin müəl. və tərt. ed. K. Kərimov ; red. S. İsmayılova, S. Quliyev.-Bakı: İşıq, 1983.-32 s.: şək., portr.. -Mətn Azərb və rus dillərindədir.
- Hacızadə, Bayram. Azərbaycanın karikaturaçı rəssamları / B. Hacızadə; hazırl.: A. Hüseynov, L. Salamova. baş red., Ə. Hacıyeva və b..-Bakı: Çaşıoğlu, 2005.-120 s.: portr., ill., -Mətn paralel olaraq Azərb. və ingilis dillərində verilmişdir.
https://web2.anl.az/read/page.php?bibid=vtls000008889 - Hacızadə, Bayram.100 illik karikatura tariximiz = Our Centenary History of Cartoons / B. Hacızadə ; Azərbaycan Kalikaturaçı Rəssamlar Birliyi.- Bakı : Səda, 2006. – 231 s.
- Hüseyn Əliyev [İzomaterial] /tərt.-müəll. Ə. H. Əliyev ; rəss. Z. İ. Əliyev.-Bakı: Azərbaycan, 2007.-496 s.: portr., fotoşək, ill.
https://web2.anl.az/read/page.php?bibid=vtls000617285 - Hacızadə, Bayram. Azərbaycanda karikaturanın inkişafı /B. Hacızadə ; Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi.-Bakı: Səda, 2008.-320 s.: ill.,
https://web2.anl.az/read/page.php?bibid=vtls000060649 - Əliyev, Ədalət. Azərbaycanın xalq rəssamı Hüseyn Əlıyev/Ə. H. Əliyev ; məsləhətçi B. K. Hacızadə.- Bakı: – 2009.-87, [1] s.: portr., fotoşək., il.
- Əliyev, Ədalət. Hüseyn Əliyev [İzomaterial] /Ə. H. Əliyev ; məsləhətçi Z. T. Salahova.-Bakı, 2011.-503, [1] s.: portr., ill., Miniatür kitab-Mətn Azərb. və ingilis dillərindədir.
- Hüseyn Əliyev, 1911-1991 [İzomaterial] : [albom] /lay. rəhb. Ç. Fərzəliyev ; mətnin müəl. L. Eldarova ; ing. dilinə tərc. İ. Peart, S. İbrahimova, Ə. Məlikova ; fotolar Ə. Ağasiyev ; baş dizayner İ. Eldarova.-Bakı: Şərq-Qərb, 2013.-104 s.: ill., portr., fotoşək., -(Sərvət seriyası)- Mətn paralel olaraq Azərb. və ing. dillərində verilmişdir.
https://web2.anl.az/read/page.php?bibid=vtls000396807 - Hacızadə, Bayram. Hüseyn Əliyev = Houseyn Aliyev : Hüseyn Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur / B. Hacızadə. – Bakı : Azəri-dizayn, 2015. – 54 s. – (Azərbaycanın karikaturaçı rəssamları). – Mətn Azərbaycan və ingilis dillərindədir.
Qeyd edək ki, Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Bakıda Rəssamlıq Texnikumunu (1927-1932) bitirəndən sonra Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun (1932-1935) nəzdindəki üçillik xüsusi kursda təhsil alıb.
İlk növbədə, qəzetçi-rəssam kimi tanınmış Hüseyn Əliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olub.
Onun tərcümeyi-halının yarım əsrdən çox dövrü baş rəssamı və bədii tərtibat şöbəsinin müdiri olduğu “Kommunist” qəzeti ilə (indiki “Xalq qəzeti”) bağlı olsa da, sənətdə pərvəriş tapmasına görə özünü, ilk növbədə, “Molla Nəsrəddin”ə borclu sayırdı. Çünki ilk rəsmləri məhz bu jurnalda işıq üzü görüb. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə ilə rəssam Əzim Əzimzadə Hüseyn Əliyevin karikaturalarını çox bəyəniblər, o da bundan ruhlanaraq sənətə ömürlük bağlanıb.
O, 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində mükafata layiq görülüb. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarla plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və orijinal həllinə görə fərqlənib.
İkinci Dünya müharibəsi başlananda Hüseyn Əliyev Daxili İşlər Nazirliyinin tabeliyindəki bədii təşviqat alayında qulluq edib və dəfələrlə ön cəbhəyə yollanıb. Bu xidmətlərinə görə “Xalqlar dostluğu” ordeni və medallarla təltif olunub.
Hüseyn Əliyev 1944-cü ilin avqust ayında “Kommunist” qəzetinin redaktoru, böyük yazıçı Əli Vəliyevin köməkliyi ilə yenidən redaksiyaya qayıdıb və təqaüdə çıxanadək burada çalışıb. Rəsm əsərləri çəkməklə yanaşı, müxtəlif mövzuda məqalələr də yazıb. Sənətkar 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

