ADMİU-da növbəti maarifləndirici tədbir keçirilib
Aprelin 24-də Kulturologiya fakültəsi və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və suverenliyi uğurunda canından keçən şəhidlərin ruhunun anılması ilə başlayıb. Tədbirdə Kulturologiya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişov çıxış edərək tələbələri bu istiqamətdə maarifləndirmə fəaliyyətlərində fəal iştirak etməyə çağırıb.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub. Əsas məqsəd gənclər arasında maarifləndirmə işini gücləndirmək, onları zərərli vərdişlərdən uzaq tutmaq və sağlam həyat tərzini təşviq etmək olub.
Tədbirin qonağı Qarabağ Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, asılılıqlar üzrə mütəxəssis Ramin Allahverdiyev çıxışında narkomaniyanın fəsadları, asılılıqların yaranma səbəbləri və onların qarşısının alınması yolları barədə tələbələrə ətraflı məlumat verib.

