Prezident mükafatına layiq görülənlər arasında ADMİU-nun müəllimləri də var
Prezident İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin mükafatlarını alacaq aparıcı incəsənət xadimləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var.
Belə ki, ADMİU-nun müəllimləri, tanınmış incəsənət xadimləri Mustafa Aşurov, Mehriban Zəki, Ayan Mir-Qasım, Şövqi Hüseynov, İnarə Babayeva, Nicat Kazımov, Hafiz Quliyev, Mikayıl Mikayılov, Ramin Rzayev Gümrah Ömərov, Təranə Yusifova, Vüqar Hacıyev, Cəmil Quliyev, Taleh Yahyayev Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüblər.
Əməkdar İncəsənət xadimi Adil Abbasov isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

