Elmi Şuranın növbəti iclası keçirilib
Mayın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Audiovizual sənətlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Fatma Ağamirovanı, eləcə də Mühasibat uçotu və hesabat şöbəsinin baş mühasibinin müavini İlahə Quliyevanı yubileyləri münasibəti ilə təbrik edib, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzu edib.
İclasda ADMİU-da 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili barədə fakültə dekanlarının, SABAH Mərkəzinin rəhbəri N.Vəliyevin və Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri V.Süleymanovanın hesabatları dinlənilib.
Daha sonra iclas digər hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.

