Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektoru mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Təhsil sahəsi üzrə iş təcrübəsi üstünlük olaraq qəbul ediləcək;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə dil biliyi arzuolunandır);
  • Ms Office proqramlarında işləmək bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Məsuliyyət, ünsiyyətcillik, komanda ilə işləmək bacarığı;
  • Analitik düşünmə və hesabatlıq qabiliyyəti;
  • Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.

Müraciət üçün son tarix: 30.04.2026-cı il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).