Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi biblioqraf vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Kitabxanaçılıq, informasiya idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (kitabxana idarəetmə proqramları, e-kitabxana, elektron kataloqlar və elmi informasiya bazaları ilə işləmə bacarığı üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (əlavə dil biliyi arzuolunandır);
- Ms Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyət, ünsiyyətcillik, komanda ilə işləmək bacarığı;
- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 15.04.2026-cı il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).

