ADMİU əməkdaşları üçün Şamaxıda komanda quruculuğu tədbiri təşkil olunub
11 iyul tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Həmkarlar İttifaqı Komitəsinin təşlilatı ilə universitet əməkdaşları üçün komanda quruculuğu fəaliyyətləri çərçivəsində Şamaxıya səfər təşkil olunub.
Səfərin əsas məqsədi əməkdaşlar arasında səmərəli ünsiyyəti gücləndirmək, komanda ruhunu möhkəmləndirmək, qarşılıqlı əməkdaşlığı təşviq etmək və qeyri-rəsmi mühitdə sosial əlaqələri inkişaf etdirmək olub.
Tədbir çərçivəsində iştirakçılar müxtəlif komanda quruculuğu oyunlarında və interaktiv fəaliyyətlərdə iştirak edib, birgə vaxt keçirərək əməkdaşlıq və qarşılıqlı etimadı gücləndiriblər. Səfər həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində motivasiyanın artırılması və müsbət iş mühitinin formalaşdırılması baxımından əhəmiyyətli olub.
Belə təşəbbüslər universitet kollektivində sağlam ünsiyyətin, əməkdaşlıq mədəniyyətinin və komanda ruhunun inkişafına töhfə verməklə yanaşı, iş prosesində daha səmərəli qarşılıqlı fəaliyyətin formalaşmasına da xidmət edir.

