2026–2027-ci tədris ilinin ilk Elmi Şura iclası keçirilib
Sentyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026–2027-ci tədris ilinin ilk Elmi Şura iclası keçirilib. İclası açan universitetin rektoru, professor Ceyran Mahmudova yeni tədris ili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Ardınca yubileyləri qeyd olunan müəllimlər təbrik edilib.
İclasda İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsinin müdiri Sitarə Abdullayeva şöbənin süni intellekt sahəsində həyata keçirdiyi yeniliklər barədə çıxış edib. O, ADMİU-nun yeni layihəsi olan süni intellekt əsaslı rəqəmsal aparıcılar İncə və Sənəti slayd təqdimatı ilə Elmi Şura üzvlərinə tanıdıb.
Daha sonra Elmi Şuranın katibi Vasif Adilov çıxış edib. Nəzirə Əliyeva cari ildə bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri, eləcə də sənəd qəbulu prosesinin gedişi barədə məlumat verib. Tədris şöbəsinin əməkdaşı Şəlalə Əhmədova sənəd qəbulu ilə bağlı məsələlərə toxunub.
İclasda tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən professor Şirinbəy Əliyev və Tədris şöbəsinin müdiri Rəvan Məmmədov da çıxış edərək yeni tədris ilində tədrisin təşkili ilə bağlı məsələlərdən danışıblar.

