ADMİU-da Bilik Günü qeyd olunub
15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, universitet rəhbərliyi və fakültə dekanları çıxış edərək tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlar zamanı universitet həyatına yeni qədəm qoyan tələbələrə tövsiyələr verilib, ADMİU-da yaradılan təhsil və yaradıcılıq imkanlarından bəhs olunub. Bununla da universitetdə yeni tədris ilinə start verilib.

