ADMİU-nun müəllimləri FantazEU Mədəni İrs Festivalında iştirak ediblər
Oktyabrın 12-də Bakıda Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin və Arts Council Azerbaijan təşkilatının tərəfdaşlığı ilə FantazEU Mədəni İrs Festivalı keçirilib. Festival Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığın daha da inkişafına, Avropa mədəni müxtəlifliyinin təbliğinə, həmçinin Avropa və Azərbaycan mədəni irsi arasındakı əlaqələrin nümayişinə töhfə vermək məqsədi ilə təşkil olunub. Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin baş müəllimi Samir Qafarov, müəllim Röya Həsən və Rəngkarlıq ixtisası üzrə magistr tələbəsi Ülviyyə Xeyrulla-zadə iştirak ediblər.
Festivalın uğuruna verdikləri töhfəyə görə Samir Qafarov, Röya Həsən və Ülviyyə Xeyrulla-zadə Təşəkkür Sertifikatları ilə təltif olunublar.Avropa İttifaqının Azərbaycandakı səfiri Zati-aliləri Marijana Kujundzic sertifikatları təqdim edərək, onlara Avropa İttifaqının bu kimi mədəniyyət layihələrində davamlı iştiraklarına və verdikləri töhfələrə görə təşəkkürünü bildirib.

