ADMİU-nun əməkdaşı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) Kino və televiziya tədris studiyasının müdiri, İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt (Sİ) şöbəsinin əməkdaşı, Sİ video mütəxəssisi Azər Həsənov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib.

Forum çərçivəsində Azər Həsənov “Intercultural Digital Futures: Intercultural Digital Competence for Societies Entering the Age of Digital and AI” (“Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsal və süni intellekt dövrünə daxil olan cəmiyyətlər üçün rəqəmsal səriştələr”) adlı paneldə iştirak edib. Müzakirələrdə rəqəmsal transformasiya, süni intellekt və mədəniyyətlərarası anlaşmanın əhəmiyyəti diqqət mərkəzində olub.

O, həmçinin “Creative and Cultural Entrepreneurship Across Borders: The Ultimate Soft Power” (“Sərhədləri aşan yaradıcı və mədəni sahibkarlıq: yumşaq gücün əsas vasitəsi”) adlı paneldə iştirak edib. Paneldə yaradıcı sənayelərin inkişafı, mədəni sahibkarlıq və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Forumda iştirak mədəniyyət və texnologiyanın kəsişməsində baş verən yeniliklərlə tanışlıq, beynəlxalq təcrübə mübadiləsi və süni intellektin yaradıcı sahələrdə tətbiqi baxımından əhəmiyyət daşıyır.